Türkiyə Qara dənizdə yeni kəşfiyyata hazırlaşır

Türkiyənin Qara dənizdə yeni təbii qaz ehtiyatları kəşf etməyə hazırlaşdığı bildirilir.

1755999
Türkiyə Qara dənizdə yeni kəşfiyyata hazırlaşır

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz  bu barədə sosial media hesabında  açıqlama  verib. Nazir “Qara dəniz qazınının istifadəsinə başlanır” başlıağı ilə paylaşdığı videoçarxda: “2023-cü ilin ilk rübündə Qara dəniz qazını vətəndaşlara çatdırmağı pılanlaşdırırıq. Lakin Sakarya Qaz Sahəsinə bitişik yeni bir sahədə kəşfiyyat qazma işlərinə hazırlaşırıq. Cari ildə də xalqımızla yaxşı xəbərlər  paylaşacağımıza inanıram”.

Xatırladaq ki,  “Fatih”  kəşfiyyat qazma gəmisi keçən il Qara dənizdə cəmi 540 milyard kubmetr təbii qaz aşkar etdi.



Әlaqәli Xәbәrlәr