Hulusi Akar Kosovoda görüşlər keçirib

“Türkiyə Balkanlarda, xüsusilə dost və qardaş Bosniya və Herseqovina və Kosovoda cərəyan edən prosesləri yaxından izləyirik”, bunu Hulusi Akar deyib.

1754515
Hulusi Akar Kosovoda görüşlər keçirib

Hulusi Akar Balkanlara reallaşdırdığı rəsmi səfər çərçivəsində Kosovonun paytaxtı Priştinadakı təmaslarından sonra Prizrenə keçib. Milli müdafiə naziri Akar burda “Sultan Murat Kışlasına” baş çəkib və fəaliyyətlərlə bağlı brifinq alıb, tapşırıqlar verib. Daha sonra kazarmadakı Mehmetçiklə bir araya gəlib və onları uğurlu fəaliyyətinə görə təbrik edib. Akar dedi: “Biz Balkanlarda, xüsusən də dost və qardaş Bosniya və Herseqovina və Kosovoda cərəyan edən prosesləri yaxından izləyirik. Buradakı qardaş və bacılarımızın rahatlığı, dincliyi və təhlükəsizliyi əsas arzumuzdur. Bu sahədə lazımlı addımları atmaqda davam edəcəyik. Kosovolu qardaşlarımızın Avropa və Atlantika qurumları ilə inteqrasiyası uğrunda da yardımlarımız davam edəcək”.


Etiketlәr: #Kosovo , #Hulusi Akar

Әlaqәli Xәbәrlәr