Türkiyənin Polşadakı Səfirliyinə “molotov kokteyli” atılıb

Türkiyənin Polşadakı diplomatik nümayəndəliyinin binasına hücum edilib.

1753884
Türkiyənin Polşadakı Səfirliyinə “molotov kokteyli” atılıb

Türkiyənin Polşadakı diplomatik nümayəndəliyinin binasına hücum edilib.

Bu gün Polşanın paytaxtı Varşava şəhərində yerləşən səfirlik binasının əməkdaşlarına hücum edilib və konsulluğun girişinə 3 ədəd “molotov kokteyli” atılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Səfirliyin mühafizəsinə cavabdeh olan polis əməkdaşları hücum edən şəxsi yaxalayaraq zərərsizləşdiriblər. Hücumdan sonra çox sayda polis əməkdaşları səfirlik binasının yerləşdiyi əraziyə cəlb edilib. Hadisə yerində araşdırmaya başlanılıb.

Varşava polisi səfirlik binasındakı kamera qeydlərini araşdırıb. Kimliyi açıqlanmayan həmin şəxs Varşava Polis İdarəsində dindirilir.

 



Әlaqәli Xәbәrlәr