Qırmızı bülletenlə axtarışda olan terrorçu təslim oldu

İnandırma səyləri nəticəsində qırmızı bülletenlə axtarışda olan terror təşkilatı üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

1750812
Qırmızı bülletenlə axtarışda olan terrorçu təslim oldu

İnandırma səyləri nəticəsində qırmızı bülletenlə axtarışda olan terror təşkilatı üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, Daxili İşlər Nazirliyinin koordinasiyasında Təhlükəsizlik Baş İdarəsi və Jandarma Baş Komandanlığı tərəfindən həyata keçirilən, MİT rəhbərliyinin dəstəklədiyi inandırma səyləri nəticədə PKK/KCK terror təşkilatından qaçan bir terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Təşkilat üzvünün 2014-cü ildə terror təşkilatına qoşulduğu, Türkiyə və İraqda fəaliyyət göstərdiyi, qırmızı bülletenlə İnterpol tərəfindən axtarışa verildiyi müəyyən edilib.

Bu il inandırma səyləri nəticəsində təslim olan təşkilat üzvlərinin sayı 197-yə çatıb.



Әlaqәli Xәbәrlәr