Süleyman Soylu: "2021-ci ildə terror təşkilatlarının 156 aksiyasının qarşısını aldıq"

Daxili işlər naziri Süleyman Soylu paytaxt Ankarada keçirilən 2021-ci il İl Polis İdarəsi Müdirlərinin Qiymətləndirmə iclasında çıxış edib.

1750493
Süleyman Soylu: "2021-ci ildə terror təşkilatlarının 156 aksiyasının qarşısını aldıq"

"2016-cı ildən bu yana şəhərlərdə heç bir terror hadisəsi baş vermədi. 2021-ci ildə bütün terror təşkilatlarının 156 aksiyasının qarşısını aldıq".

Bunu daxili işlər naziri Süleyman Soylu paytaxt Ankarada keçirilən 2021-ci il İl Polis İdarəsi Müdirlərinin Qiymətləndirmə iclasında etdiyi çıxışda deyib.

Terrorla mübarizədən danışan S.Soylu bildirib ki, 2016-cı il dekabrın 31-dən şəhərlərimizdə heç bir terror hadisəsi baş verməyib. Hətta PKK-nın kəndlərdəki fəaliyyəti son 6 ildə 95 faiz azalıb. 2017-ci ildə bütün terror təşkilatlarından 697 mühüm hadisənin qarşısını aldıq; bu rəqəm hər il azalaraq 2021-ci ildə 156-ya düşüb. Yəni həm baş verən, həm də baş verməmişdən əvvəl qarşısı alınan aktların sayı azalıb. Bu, bizim terrorla mübarizədəki uğurumuzun dəqiq xülasəsidir.



Әlaqәli Xәbәrlәr