Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərində bir sıra görüşlər keçirib

Dekabrın 15-də Xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb.

1748130
Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərində bir sıra görüşlər keçirib

Dekabrın 15-də xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb.

Çavuşoğlu rəsmi səfərdə olduğu BƏƏ-də Xarici İşlər Nazirliyində həmkarı Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb.

Hər iki həmkar Türkiyə Xarici İşlər Nazirliyinin diplomatiya akademiyası ilə "Anwar Gargash" diplomatiya akademiyası arasında anlaşma memorandumu imzalayıb.

Görüşdən sonra Abdullah bin Zayed Əl Nəhyan Çavuşoğlunu maşınına dəvət edib və iki həmkar Abdullah bin Zayed Əl Nəhyanın avtomobilində şam yeməyi üçün restorana gediblər.

Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən də qəbul edilib.

Çavuşoğlu görüşlə bağlı "Twitter"də etdiyi paylaşımda belə deyib:

“Biz BƏƏ ilə iqtisadi və ticari əlaqələrimizi daha da inkişaf etdirəcəyik”. 

Çavuşoğlu Əbu Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən də qəbul edilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. 

Əbu-Dabi vəliəhdi Əl Nəhyan noyabrın 24-də Türkiyəyə səfər edib və prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçirmişdi.

İkitərəfli əməkdaşlığın müzakirə edildiyi səfərdən sonra Prezident Ərdoğan da fevral ayında BƏƏ-yə cavab səfərini də reallaşdıracağını bildirmişdi.



Әlaqәli Xәbәrlәr