Hulusi Akar: “Türklər və kürdlər qardaşdır”

Milli müdafiə nazir Hulusi Akara fitnə törətmək istəyənlərin keçmişdə olduğu kimi bu gündə uğursu ola bilməyəcəklərinə diqqət çəkib və Türklər ilə Kürdlərin qaldaş olduğunu vurğulayıb.

1747613
Hulusi Akar: “Türklər və kürdlər qardaşdır”

Hulusi Akar Batman Ticarət və Sənaye Palatasının (BATSP) yeni xidmət binasının açılışı mərasiminə qatılıb. Mədasimdə etdiyi çıxışında terror təşkilatı PKK ilə YPG arasında heç bir fərq olmadığını vurğulayan Hulusi Akar deyib: “ Bu terror təşkilatı heç vaxt kürd qardaşlarımızın nümayəndəsi ola bilməz. DEAŞ müsəlmanları təmsil etmədiyi kimi, terror təşkilatı PKK/YPG də kürd qardaşlarımızı təmsil etmir. Türklər və kürdlər qardaşdır. Əsrlərdir ki, suyumuzu, çörəyimizi paylaşırıq. Şanlı bayrağımız üçün canını fəda edən qəhrəmanlarımız şəhidliklərdə yan-yana yatırlar. Qəbiristanlıqlara, xüsusilə Çanaqqala Şəhidlər məzarlığına baxanda bu mənzərəni açıq-aydın görmək mümkündür. Fitnə-fəsad yaradmaq istəyənlər keçmişdə olduğu kimi bu gün də uğurlu ola bilməyəcəklər”-Hulusi Akar vurğulayıb.



Әlaqәli Xәbәrlәr