Xarici işlər naziri Çavuşoğlu BƏƏ-yə səfər edəcək

Xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.

1746996
Xarici işlər naziri Çavuşoğlu BƏƏ-yə səfər edəcək

Xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.
Xarici İşlər Nazirliyi Mövlud Çavuşoğlunun Birləşmiş Ərəb Əmirliklərinə səfəri ilə bağlı açıqlama verib.

Bəyanatda “Cənab nazir xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın dəvəti ilə 13-15 dekabr 2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək” ifadəsi yer alıb.

Səfər çərçivəsində BƏƏ rəsmiləri ilə keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunacaq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ayrıca M.Çavuşoğlunun Dubayda türkiyəli iş adamları ilə görüşü və "Expo 2020" sərgi ərazisindəki Türkiyə pavilyonunu da ziyarət edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr