"Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımlar atılacaq", M.Çavuşoğlu

Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını deyib.

1746993
"Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımlar atılacaq", M.Çavuşoğlu

"Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin edəcəyik".

Bu sözləri  xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxışı zamanı deyib. 

M. Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını qeyd edib.

Xüsusi nümayəndələr iki ölkə arasında birbaşa dialoq üçün təyin olunacaq. 

"İrəvana çarter reyslərinə başlayacağıq. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik", - Mövlud Çavuşoğlu vurğulayıb.

“Türkiyənin Ermənistanda səfirlik açacağı haqqında yanlış anlaşılma olub. Mən son çıxışımda belə bir fikir səsləndirmədim”.

Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində 2022-ci ilin plan və büdcə müzakirələri zamanı millət vəkillərinin sualların cavablandırarkən bunu bildirib.

M.Çavuşoğlu deyib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa dialoq üçün hər iki ölkə xüsusi nümayəndə təyin etməlidir: “Hətta Ermənistan xüsusi nümayəndəsini təyin edib, biz də yaxın günlərdə lazım olan rəsmi sənədləşmələrlə təyinatımızı aparacağıq. Bir daha bildirirəm ki, xüsusi nümayəndə təyin edəcəyik, səfirlik açmırıq.”.

Bu mövzuda Azərbaycanla sıx danışıqlar aparıldığını vurğulayan nazir bildirib ki, Ermənistan son yaşananlardan dərs alıb düzgün nəticə çıxararaq Qafqazda sülhün, rifahın bərqərar olmasına üstünlük verərsə, Türkiyə ilə əlaqələrinin normallaşması mümkündür: “Bu halda səfirlik də açılar. Amma bu məsələdə də yenə Azərbaycanla məsləhətləşmələr aparılıb, sonra qərar veriləcək”.

 



Әlaqәli Xәbәrlәr