“3+3” formatlı görüş

Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən tövsiyə edilən “3+3” formatlı görüşün dekabrın 10-da Rusiyanın Moskvada keçirilməsi nəzərdə tutulur

1745473
“3+3” formatlı görüş

 

  Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən tövsiyə edilən “3+3” formatlı görüşün dekabrın 10-da Rusiyanın Moskvada keçirilməsi nəzərdə tutulur. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı mətbuat açıqlamasında bildirilir. Qeyd olunur ki, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüşdə Türkiyəni nazir müavini Sedat Önalın başçılığı ilə nümayəndə heyəti təmsil edəcək.

  Gürcüstan “3+3” formatı çərçivəsində Moskvada keçiriləcək bu toplantıda təmsil olunmayacaq. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat verib. Bildirilir ki, Gürcüstan bu əməkdaşlıq formatında iştirak imkanını nəzərdən keçirmir.

  Bəyanatda, həmçinin deyilir: “Gürcüstan XİN 3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə ifadə edib. Biz bu formatda iştirakı nəzərdən keçirmirik və buna müvafiq olaraq dekabrın 10-na təyin edilmiş görüşdə təmsil olunmayacağıq”.



Әlaqәli Xәbәrlәr