Prezident Ərdoğan Türkiyənin artan xarici  ticarət həcmi barədə danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan illik  ixrac  həcminin  221 milyard dollara çatdığını bildirib.

1742343
Prezident Ərdoğan Türkiyənin artan xarici  ticarət həcmi barədə danışıb

Prezident Ərdoğan sosial media hesabında xarici ticarət həcminə  dair   açıqlama  verib. Ərdoğan: “Dünən açıqlanan xarici ticarət hesabatına görə, noyabr ayında ixrac həcmi   2020-ci   ilin  müvafiq  dövrünə    müqayisədə 33,44%   artaraq 21,5 milyard dollar  olub. Bu  da  göstərir ki,   illik   ixrac  həcmi  221 milyard dollara çatacaq.  Bu  uğurların  davam  etməsi  üçün  daha çox çalışacağıq, daha çox istehsal edəcəyik, daha çox inkişaf edəcəyik”-deyə  prezident  bildirib.

 



Әlaqәli Xәbәrlәr