"Ukrayna böhranı diplomatiya yolu ilə həll edilməlidir", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxış edib.

1742074
"Ukrayna böhranı diplomatiya yolu ilə həll edilməlidir", M.Çavuşoğlu

"Ukrayna böhranı diplomatiya yolu ilə həll edilməlidir".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında deyib.

Çavuşoğlu, ATƏT coğrafiyasındakı təhlükəsizlik problemlərinin effektiv şəkildə həll edilməsinin vacibliyinə diqqət çəkərək,

"Cənubi Qafqazda davamlı sülh üçün yeni fürsətlər açılıb. Minsk Qrupunun həmsədrləri də (Rusiya, Fransa və ABŞ) qrupun daimi üzvlərilə (Belarus, Almaniya, İtaliya, Portuqaliya, Niderland, İsveç, Finlandiya, Türkiyə və münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan) birlikdə yeni faktlara əsaslanaraq töhfə verə bilər. Ukraynadakı böhran diplomatiya yolu ilə həll edilməlidir. Minsk razılaşmalarına və beynəlxalq hüquq normalarına riayət edilməlidir. Biz Krım tatarlarına qarşı insan haqlarının pozulmasından da narahatıq” deyib.

Çavuşoğlu vurğulayıb ki, Gürcüstan və Moldovada sülh və davamlı həll səylərini dəstəkləməyə davam etmək lazımdır.

Çavuşoğlu, ortaq dəyərləri təhdid edən iki məsələnin olduğunu vurğulayıb: "Birincisi, ATƏT-in müxtəlif ölkələrində ksenofobiya, islamofobiya və antisemitizmin artması davam edir. Biz bu təhlükəli tendensiyalara göz yuma bilmərik. İkincisi, terror təşkilatlarının humanitar mövzulu toplantılarında iştirakına icazə verməklə, bir vaxtlar razılaşdırılmış qaydalara məhəl qoyulmur. Bu, 1992-ci il Helsinki Sənədi və digər razılaşdırılmış sənədlərin əsaslarına və ruhuna ziddir."

Türk Dövlətləri Təşkilatını ATƏT-in Nazirlər Toplantısına qonaq qismində dəvət etdiyinə görə İsveçin növbəti sədrliyinə təşəkkür edən Çavuşoğlu Təşkilatın ATƏT-in fəaliyyətində iştirakının ATƏT-in birgə səylərinə töhfə verəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr