Türkiyə parlamenti sədrinin Polşa səfəri

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop rəsmi görüşlərlə əlaqədar getdiyi Polşanın paytaxtı Varşavada ölkə prezidenti Ancey Duda (Andrzej Duda) tərəfindən qəbul edilib

1741692
Türkiyə parlamenti sədrinin Polşa səfəri

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop rəsmi görüşlərlə əlaqədar getdiyi Polşanın paytaxtı Varşavada ölkə prezidenti Ancey Duda (Andrzej Duda) tərəfindən qəbul edilib.

  Türkiyə-Rumıniya-Polşa üçlü əməkdaşlıq prosesinin parlament sədrlərini də əhatə edəcək şəkildə gücləndirilməsini dəstəklədiklərini bildirən M.Şentop görüşdə deyib: "Bu çərçivədə 2023-cü ilin əvvəlində ilk yığıncağa ev sahibliyi etməyə hazırıq.

  Belarus sərhədində yaşanan qeyri-qanuni köç böhranı ilə bağlı da Polşa ilə tam həmrəyik və sizi dəstəkləyirik.”

  Polşa prezidenti Ancey Duda Türkiyənin parlament sədrinə bu sözlərini çatdırıb: “Hörmətli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla imzaladığımız Türkiyə silahlı uçan pilotsuz aparatlarının (SİHA) satın alınması ilə əlaqədar əhəmiyyətli bir müqavilə imzaladıq. NATO müdafiə sahəsi və SİHA-larla bağlı əldə edilən müqavilə ilə təhlükəsizlik yolunda addımlar atmağa və əməkdaşlıqla irəliləməyə davam edirik”.

  Xatırladaq ki, Mustafa Şentop Polşadakı rəsmi görüşləri çərçivəsində polyak həmkarı Eljbetoy Vitek ilə (Elzbieta Witek) ilə də görüşüb.



Әlaqәli Xәbәrlәr