Mustafa Şəntop Polşaya səfərə gedir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop bu gün Polşanın paytaxtı Varşavaya gedir.

1740550
Mustafa Şəntop Polşaya səfərə gedir

TBMM-nin rəhbəri M.Şəntop və onu müşayiət edən parlament heyəti 30 noyabr-2 dekabr tarixlərində Polşada səfərdə olacaq. Səfəri çərçivəsində bu ölkənin Parlamentinə (Seym) baş çəkəcək və həmkarı Elzbieta Witek ilə görüşəcək. Polşa Prezidenti Anjey Duda tərəfindən qəbul ediləcək.



Әlaqәli Xәbәrlәr