Süleyman Soylu xüsusi telekanala müsahibə verib

“Türkiyə 2023-cü il hədəflərinə, yəni Respublikanın qurulmasının 100-cü ildönümünə güçlü ölkə olaraq nail olacaq”, Daxili işlər naziri Süleyman Soylu

1740086
Süleyman Soylu xüsusi telekanala müsahibə verib

Süleyman Soylu özəl telekanala müsahibəsində ölkə gündəminə dair münasibət bildirib. Terrora qarşı mübarizənin uğurla davam etdiyini ifadə edən Daxili işlər naziri Soylu ölkə daxilində 170 terrorçunun olduğunu, bunların Türkiyə ədalətinə təslim olacaqlarına əminliyini vurğulayıb. Türkiyənin 2023 hədəflərinə güclü ölkə olaraq nail olacağından şüphə duymadığını ifadə edən nazir: “Möhtərəm prezidentimiz Rəcəb Tayyib Ərdoğan, böyük və qüdrətli Türkiyə layihəsini başa vurmuş, 2023, 2053, 2071 hədəfləri üçün lazımlı zəmini yaradmış rəhbər, Türkiyə isə Türk dünyasının, Orta şərq və Balkanların ən güçlü və etibarlı ölkəsi kimi türk tarixinə düşəcək. Buna inamım tamdır. Millətimiz bunu reallaşdıracaq” .



Әlaqәli Xәbәrlәr