"Qadınlara qarşı zorakılıqla mübarizədə qərarlıyıq", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə "Twitter" hesabından paylaşım edib.

1739031
"Qadınlara qarşı zorakılıqla mübarizədə qərarlıyıq", R.T.Ərdoğan

“25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” ən başda bizim inancımızın, sivilizasiyamızın və dəyərlərimizin qarşı durduğu bu problemin tamamilə aradan qalxması üçün fürsət olsun”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə "Twitter" hesabından paylaşdığı mesajında deyib.

Ərdoğan paylaşımında bunları deyib:

“İnsan hüquqlarının pozulması olan qadınlara qarşı zorakılıq təəssüf ki, bütün dünyanın problemidir. Unutmayaq ki, qadınlara qarşı zorakılıqla mübarizə həm də qadınların, hüquqlarını, qanunlarını və şərəfini qorumaq üçün aparılan mübarizədir. Bu problemin aradan qalxması bütün təbəqələrin inancı, zəhmət və razılaşma ilə mümkündür”.

Qadınlara qarşı zorakılıqla mübarizədə qərarlı olduqlarını ifadə edən Ərdoğan "Hər sahədə qadınların haqq mübarizəsində onların yanında olmuşuq və etməyə də davam edəcəyik. Ümid edirəm ki, humanitar yardımlarımızı gücləndirərək qadına qarşı zorakılığı tamamilə aradan qaldıracağıq" ifadələrdən istifadə etmişdir" deyib.



Әlaqәli Xәbәrlәr