İraqın şimalında daha 6  terrorçu məhv edilib

Türkiyə silahlı qüvvələrinin İraqın şimalında həyata  keçirdiyi  əməliyyatlarda separatçı terror təşkilatı PKK üzvü  6 terrorçu zərərsizləşdirilib.

1738569
İraqın şimalında daha 6  terrorçu məhv edilib

Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib. Əməliyyatlar zamanı Qarada 4, Qəndildə isə 2 PKK terrorçusu zərərsizləşdirilib. Qarada zərərsizləşdirilən terrorçulardan birinin PKK/KCK-nın dırnaqarası xarici əlaqələr zabitlərindən  “Botan” ləqəbli  Nihat Görən olduğu müəyyən edilib.

Digər tərəfdən Daxili İşlər Nazirliyindən verilən açıqlamada PKK-nı ölkə gündəmindən çıxarmaq məqsədi ilə  Mardində 670 personalın iştirakı ilə “Ərən Qış-8” əməliyyatına  start verildiyi  bildirilib.



Әlaqәli Xәbәrlәr