Türkiyənin Qızıl Aypara Cəmiyyəti Belarus-Polşa sərhədində olan qaçqınlara yardım etməyə hazırdır

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Belarus-Polşa sərhədində olan və Avropaya mühacirət etmək məqsədilə Belarusdan Polşaya keçməyə cəhd edən insanlara kömək etməyə hazır olduğunu açıqlayıb.

1735885
Türkiyənin Qızıl Aypara Cəmiyyəti Belarus-Polşa sərhədində olan qaçqınlara yardım etməyə hazırdır

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Belarus-Polşa sərhədində olan və Avropaya mühacirət etmək məqsədilə Belarusdan Polşaya keçməyə cəhd edən insanlara kömək etməyə hazır olduğunu açıqlayıb.

Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık Cəmiyyətin Ədirnə şöbəsində şöbə nümayəndələri və Qızıl Aypara könüllüləri ilə görüşüb.

K.Kınık buradakı çıxışında Cəmiyyətin 153 ildir eyni prinsip və dəyərlərlə hərəkət etdiyini bildirib.

“Məqsədimiz insan ləyaqətini qorumaq, onun iztirablarına son qoymaq, ona dəstək olmaq və layiq olduğu həyatı yaşaya bilməsi üçün imkan yaratmaqdır”-deyə Kınık vurğulayıb.

K.Kınık 2020-ci ildə Ədirnədəki qeyri-qanuni köç hərəkatında Qızıl Aypara Cəmiyyətinin mühüm rol oynadığını bildirib.

Bu gün Belarus-Polşa sərhədində də oxşar qeyri-qanuni qaçqın hərəkətinin baş verdiyini vurğulayan Kınık deyib:

"Bu insanlar ən sadə humanitar yardım xidmətlərini almaqda çətinlik çəkirlər. Mən Minskə getdim, Qırmızı Xaç rəsmiləri ilə danışdım və onlara dəstək ola biləcəyimizi dedim. Daha sonra Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının rəhbəri ilə görüşümüz oldu və Avropa İttifaqına bu məsələ ilə bağlı təcrübəmizi çatdıra biləcəyimizi çatdırdım. Xüsusilə də ağır qış şəraitinin yaşandığı bölgədə insanların müdafiəsi üçün göndərəcəyimiz materiallar hazırdır. Bu məsələ ilə bağlı tərəflərin icazəsini gözləyirik”.

Kınık Belarusa qanuni yolla daxil olan, lakin Avropaya mühacirət axtarışında bu ölkədən Polşaya köçməyə çalışan insanlara ən qısa zamanda lazımi dəstəyi vermək istədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr