Mövlud Çavuşoğlu Livanda həmkarı ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi təmaslar üçün getdiyi Livanın paytaxtı Beyrutda Livanın xarici işlər naziri Abdullah Buhabib ilə ikitərəfli görüş keçirib.

1734760
Mövlud Çavuşoğlu Livanda həmkarı ilə görüşüb

"Türkiyə Livanın sabitliyi və təhlükəsizliyi üçün Livan ordusu və təhlükəsizlik qüvvələrinə dəstək verir".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi təmaslar üçün getdiyi Livanın paytaxtı Beyrutda Livanın xarici işlər naziri Abdullah Buhabib ilə ikitərəfli görüşündən sonra birgə mətbuat konfransında deyib.

M. Çavuşoğlu Livan prezidenti Mişel Avn və Livan parlamentinin sədri Nebih Berri ilə də görüşdüyünü ifadə edərək, Livanla "eyni coğrafiya və taleyi" paylaşdıqlarını vurğulayıb, bu ölkə ilə köklü, tarixi, mədəni və insani əlaqələrə sahib olduqlarını qeyd edib. 

Livanın suverenliyinə, təhlükəsizliyinə, sabitliyinə və rifahına hər zaman önəm verdiklərinə diqqət çəkən Çavuşoğlu Beyrut limanında və Akkarda baş verən partlayışdan sonra da Livana lazımi dəstəyi verdiklərini və həmrəylik nümayiş etdirdiklərini bildirib.

Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Livan üzrə Müvəqqəti İş Qrupuna (UNIFIL) töhfəsini bir il daha uzatdığını qeyd edən Çavuşoğlu bu çərçivədə burada bir freqatın xidmət göstərdiyini söyləyib.

"Livanın üzləşdiyi böhranların həlli yollarını tapmaq və ümumi seçkiləri vaxtında təşkil etmək üçün hər kəs hökumətə dəstək verməlidir. Problemlərinin dərhal həllini gözləyən Livan xalqı regional bazarlıqların əvəzini ödəmək məcburiyyətində buraılmamalıdır"-deyə Çavuşoğlu qeyd edib.

Livan ilə əlaqələri hər sahədə daha da inkişaf etdirmək istədiklərini vurğulayan Çavuşoğlu həmkarı ilə turizm, enerji və kənd təsərrüfatı başda olmaqla bir çox sahədə əlaqələrin necə inkişaf etdiriləcəyini müzakirə etdiklərini bildirib.

Həmkarı ilə görüşdə regional məsələləri də müzakirə etdiklərini qeyd edən Çavuşoğlu Suriya böhranından ən çox təsirlənən ölkələrin Türkiyə və Livanın olduğunu vurğulayıb.

Çavuşoğlu “Biz bu gün suriyalıların Suriyaya qayıtması ilə bağlı əməkdaşlığımızı həyata keçirmək barədə razılığa gəldik" deyib.

M. Çavuşoğlu Livan ilə bəzi Körfəz ölkələri arasında yaşanan böhranla bağlı da qiymətləndirmələr aparıb.

"Biz bu problemin bir an əvvəl qarşılıqlı hörmət və dialoq əsasında diplomatiya yolu ilə həllini istəyirik. Türkiyə olaraq bu məsələdə üzərimizə düşəni etməyə hazırıq"- deyə nazir bildirib.

Görüşdə regional məsələlərin də müzakirə edildiyini deyən Çavuşoğlu həmçinin Fələstin mövzusunda Livan ilə birgə fəaliyyətə davam edəcəklərini deyib.



Әlaqәli Xәbәrlәr