İran-Türkiyə əməkdaşlığı mühümdür

İ.Rəisi noyabrın 15-ində İrana rəsmi səfərə gedən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib

1734450
İran-Türkiyə əməkdaşlığı mühümdür

 

  İran prezidenti İbrahim Rəisi terrorizm və mütəşəkkil cinayətlərlə mübarizədə rəsmi Tehran-Ankara əməkdaşlığının alına biləcəyini söyləyib.

  İ.Rəisi noyabrın 15-ində İrana rəsmi səfərə gedən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

  İran və Türkiyənin əlaqələri mövcud səviyyədən çox istiqamətli əməkdaşlığa yüksəltməyə hazır olduğunu dilə gətirən Rəisi uzunmüddətli müqavilələrin hazırlanmasıyla ikitərəfli münasibətləri beynəlxalq səviyyədə inkişaf etdirə biləcəklərini söyləyəyək deyib: “İranla Türkiyə arasında yaxın əlaqələr bölgədə barış və sabitliyə xidmət edəcək.

  İki ölkə arasında regional əməkdaşlıq qlobal əməkdaşlığa çevrilməlidir.

  Terrorizm və mütəşəkkil cinayətlərlə mübarizə rəsmi Tehran və Ankara əməkdaşlığının əsası ola bilər. İran hər sahədə əməkdaşlıq səviyyəsini yüksəltməyə hazırdır.

  Ticarət və iqtisadi əməkdaşlığın artması xalqlarımıza fayda gətirər.

  Türkiyə və İran münasibətləri inkişaf etdirərək dünyada tarazlıq proseslərinə birgə təsir edə bilər.

  İran Türkiyə və Azərbaycanla qonşuluqdan başqa, dərin inanc və mədəni bağlara malikdir."

  Türkiyənin Xarici işlər naziri Çavuşoğlu da İranla əməkdaşlığı inkişaf etdirmək istədiklərini ifadə edərək deyib: "İranla əməkdaşlıq səviyyəsini mümkün qədər artırmağa qərarlıyıq.

  Qafqazda ticarət əlaqələri və sabitliyin artması üçün İran-Türkiyə əlaqələri genişlənməlidir.

  Terrorizmlə mübarizədə İran-Türkiyə əməkdaşlığı mühümdür.”

  M.Çavuşoğlu görüşdən sonra “twitter” hesabından etdiyi şərhdə yazıb: "İran prezidenti İbrahim Rəisi ilə ticarət, sərmayə və terrorla mübarizə mövzuları daxil olmaqla, ikitərəfli əlaqələrimiz və bölgəmizdəki son prosesləri müzakirə etdik. Əlaqələrimizi daha da inkişaf etdirmək üçün qarşılıqlı iradəmizi ortaya qoyduq."



Әlaqәli Xәbәrlәr