Ərdoğan Türkiyədə “Covid-19”la bağlı vəziyyətə münasibət bildirdi

8 noyabr axşamı Nazirlər Kabineti yığıncağından sonra şərh verən Ərdoğan deyib...

1731106
Ərdoğan Türkiyədə “Covid-19”la bağlı vəziyyətə münasibət bildirdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tip koronavirusla (Covid-19) bağlı yoluxma, xəstəxanaya yatırma, reanimasiya və vəfat rəqəmlərinin idarə edilə biləcək səviyyədə olduğunu söylədi.

  8 noyabr axşamı Nazirlər Kabineti yığıncağından sonra şərh verən Ərdoğan deyib: “Türkiyə epidemiya ilə mübarizədə dünyada gedən prosesləri yaxından izləyir, qarşısı alına bilən tədbirləri müvəffəqiyyətlə davam etdirir.

  İkinci ilinin sonuna yaxınlaşan epidemiyanın yeni dalğalar və növləri ilk dövrdəki kimi təhdid etməyə çalışsa da, uzaqgörənliklə bu çətinlikləri də aşacağıq.

  Bu vəziyyət inkişaf etmiş ölkələr və səhiyyə sistemləri başda olmaqla təməl xidmət sektorları və məhsul infrastrukturlarına təsir edir. Amma Türkiyənin sağlıq xidmətlərində hər hansı bir böhrana əsla yol vermədik, verməyəcək də”.



Әlaqәli Xәbәrlәr