“Azərbaycan nə imiş, Türk kimmiş, bunu hər kəs gördü”, H.Akar

Türkiyənin milli müdafiə naziri  Hulusi Akar "Azərbaycanlı qardaşlarımız “yetər artıq” deyərək 44 gün içində böyük bir qələbə əldə etdilr və öz torpaqlarını erməni işğalından qurtardılar. Bununla Türkün gücünü bütün dünyaya göstərdilər

1730117
“Azərbaycan nə imiş, Türk kimmiş, bunu hər kəs gördü”, H.Akar

 

  Türkiyənin milli müdafiə naziri  Hulusi Akar "Azərbaycanlı qardaşlarımız “yetər artıq” deyərək 44 gün içində böyük bir qələbə əldə etdilr və öz torpaqlarını erməni işğalından qurtardılar. Bununla Türkün gücünü bütün dünyaya göstərdilər. Azərbaycan nə imiş, Türk kimmiş, bunu hər kəs gördü.

  Hulusi Akar Baş qərargah rəisi general Yaşar Güler, Quru qüvvələri komandiri general Musa Avsever, Donanma komandiri admiral Adnan Özbal, Hava qüvvələri komandiri general Həsən Küçükakyüz və Milli müdafiə nazir müavini Alpaslan Kavaklıoğlu ilə Azərbaycanın Türkiyə Səfirliyinin 8 Noyabr Zəfər Günü münasibətilə təşkil edilən tədbirdə iştirak etdi.

  Hörmət duruşundan sonra Türkiyə və Azərbaycan himnləri səslənməsilə başlayan mərasimdə çıxış edən H.Akar Azərbaycan Silahlı Qüvvələrinin böyük zəfərini təbrik edərək deyib: “İki ölkə arasında dostluqdan başqa, qardaşlıq bağları var. Əməkdaşlığımız bütün sahələrdə artaraq davam edir. Bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı iddialsrında yanlarında olacağıq. Heç kimin şübhəsi olmasın. Bu məsələləri bütün platformalarda təkrar-təkrar anlatdıq, anladırıq.

  İki ölkənin silahlı qüvvələri arasındakı hərbi təhsil və əməkdaşlıq davam edir. Türk Silahlı Qüvvətləri və Rusiya Silahlı Qüvvətlərinin ortaq mərkəz işləri də sıx şəkildə davam edir. Bizim məqsədimiz atəşkəsin davamlılığı və bölgəyə sabitliyin gəlməsidir. Bu sabitlik təkcə Azərbaycan və Türkiyə üçün deyil. Əgər hörmətli İlham Əliyev və hörmətli ölkə başçısımızın barış əlini anlaya bilsə, Ermənistan da həm təhlükəsizlik, həm rifah baxımından qazanclar təmin edəcəyini bilirik və hər kəsin də görməsini istəyirik. Lazım gəlsə, altılı yığıncaqlar etməklə bütün Qafqazın təhlükəsizlik və rifahı üçün çox əhəmiyyətli addımların atılacağını hamımız bilirik.

  Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir", Heydar Əliyevin "Tək millət, iki dövlət" sözlərini bir daha yada salsaq, Türkiyə və Azərbaycanın ortaq tarixi, dəyərləriylə kədərdə də, sevincdə də bir və birlikdə olacağıq”.



Әlaqәli Xәbәrlәr