Çavuşoğlu: “Aİ-na namizəd ölkə statusundan imtina etmədik”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Avropa İttifaqına (Aİ) namizəd ölkə statusundan imtina etmədiyini, buna yanaşmayan tərəfin alyans olduğunu bildirib.

1729849
Çavuşoğlu: “Aİ-na namizəd ölkə statusundan imtina etmədik”

Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində, rəhbəri olduğu departamentin 2022-ci il büdcəsini təqdim etdikdən sonra Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə əlaqəli özünə ünvanlanan sualı cavablandırıb. Nazir: “Aİ-na namizəd ölkə statusundan imtina etməmişik. Bundan imtina edən Avropa İttifaqıdır. Alyans Monteneqro, Şimali Makedoniya və Albaniya kimi ölkələrlə üzvlük prosesinə dair danışıqları irəlilətməyir. Çünki başda Fransa olmaqla 9 ölkə ittifaqın üzv sayının artmasını istəmir. Türkiyə ilə Aİ arasında 20 əsas başlıqda müzakirələr aparılıb. Baxmayaraq yeni başlıqların müzakirəyə açımasına icazə verilmir. Avropa İttifaqından viza rejiminin ləğv edilməsi mövzusunda konkret addımlar atmasını dəfələrlə tələb etdik. Bununla əlaqəli lazımlı kriteriyaları yerinə yetiririk. Lakin onlar iclas keçirməyə belə son vaxtlarda yanaşmaya başladılar. Bəs Türkiyənin atdığı bütün addımlar göstərir ki, prosesi yavaşladan tərəf Aİ-dır”-deyə Çavuşoğlu bildirib.



Әlaqәli Xәbәrlәr