“Paraqvay-Türkiyə Ticarət Palatası” yaradılır

Türkiyə-Paraqvay iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə Paraqvayın paytaxtı Asunsonda “Paraqvay-Türkiyə Ticarət Palatası”nın yaradılması qərara gəlinib.

1729183
“Paraqvay-Türkiyə Ticarət Palatası” yaradılır

TRT-nin Türkiyənin Asunsondakı səfirliyinə istinad etdiyi xəbərə görə Paraqvayın Sənaye və Ticarət naziri Luis Castiglioni və Türkiyənin Asunsiondakı səfiri Sərhat Aksenin rəhbərliyində Paraqvaylı iş adamları, Paraqvayın İstanbuldakı fəxri konsulu və iş adamı Cəngiz Dəvəci və Paraqvayın akkreditə olunmuş Ticarət Komissarı Biray Kuşun iştirakı ilə yığıncaq təşkil edilib. Tədbirdə Asunsonda “Paraqvay-Türkiyə Ticarət Palatası”nın yaradılmasına dair qərar qəbul edilib.

Türkiyənin Asunson səfiri Aksen mövzu ilə bağlı açıqlamasında Paraqvay ilə iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində güçlü addımlar atıldığını, iki ölkə arasındaki  ticarət həcminin artmağa başladığını, lakin real potensialın reallaşdırılması üçün Paraqvay Sənaye və Ticarət Nazirliyi və İnvestisiya Agentliyi REDIEX ilə əlaqə yaratdıqlarını və bu təmaslar nəticəsində Ticarət Palatasının yaradılmasına qərarına gəlindiyini deyib.

 



Әlaqәli Xәbәrlәr