“Qərb ölkələri əhalisi yaşlanmış, Türkiyə isə gənclərindən güc alır”, R.T.Ərdoğan

Türkiyə Təşəbbüskarlar Zirvə Görüşü

1728673
“Qərb ölkələri əhalisi yaşlanmış, Türkiyə isə gənclərindən güc alır”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin əhalisinin yaşlanmağa başladığını, Türkiyənin isə gənclərindən aldığı güclə gələcəyinə ümidlə baxdığı bir yerdə dayandığını deyib.

  Ölkə başçısı Ərdoğan Təşəbbüskar İş Adamları Fondu (GİV) və Türkiyə Gənclik Fondunun (TÜGVA) Konyada təşkil etdiyi Türkiyə Təşəbbüskarlar Sammitinə təbrik videosu göndərib.

  Tədbirin təşəbbüskarlar və Türkiyə iqtisadiyyatı üçün xeyirlərə vəsilə olmasını diləyən Ərdoğan deyib: "Təşəbbüskarlıq mükafatlarına layiq görülən iş adamlarımızı təbrik edirəm. Bu il “İdeyadan hərəkətə” başlığı ilə keçirilən toplantıya fikirləri, təcrübələri və məhsulları ilə qatqı verən bütün iştirakçılara təşəkkürlərimi çatdırıram.

  Təşəbbüskarlıq millətimizin canında olan bir xüsusiyyətdir. Lazımi infrastrukturu, təhsili, imkanı təqdim etdiyimizdə millətimizin hər fərdinin təşəbbüskarlıq və yenilikçiliklə bağlı son dərəcə məhsuldar olduğunu bilirik.

  Yaşıl İnkişaf İnqilabıyla ilk müjdəsini verdikləri yeni görünüşün şəkillənməsində xüsusi sektor üçün hər kəsə xüsusi mühüm vəzifələr düşür. Bu çərçivədə xüsusilə, gənclərimizdən çox böyük gözləntilərimiz var.

  Qərb ölkələrinin əhalisinin yaşlanmağa başladığı, şərqdə hələ təhsil və infrastruktur problemlərinin həll edilə bilmədiyi bir dövrdə ölkəmiz Türkiyə gənclərindən aldığı güclə gələcəyinə ümidlə baxdığı bir yerdədir.

  Yaşadığımız hər təcrübə, sovuşdurduğumuz hər təhlükə millətimizin hədəflərinə çatma qərarlığını möhkəmlətməkdədir.

  Anadoludakı ilk dövlətimiz Səlcuqlunun paytaxtı Konyada təşkil edilən Türkiyə Təşəbbüskarlar Zirvə Görüşü böyük və güclü Türkiyənin inşası üçün hamımıza ilham verəcək”.



Әlaqәli Xәbәrlәr