Türkiyə və ABŞ prezidentlərinin görüşü

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Entoni Blinken də iştirak ediblər

1727169
Türkiyə və ABŞ prezidentlərinin görüşü
Çavuşoğlu_Ərdoğan_Bayden_Blinken.jpg
Ərdoğan_Bayden.jpg

 

  “Böyük iyirmilik” (G20) liderlərinin Romada keçirilən sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Co Baydenin görüşü təxminən 1 saat 10 dəqiqə davam edib.

  Görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. Prezidentlər ikitərəfli ticarət həcminin artırılması üçün birgə atılacaq addımları da müzakirə ediblər.

  NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub.

  Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Entoni Blinken də iştirak ediblər.

  Rəcəb Tayyib Ərdoğanın sammitin “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” adlı sessiyalarında iştirakı, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşləri gözlənilir. Türkiyə prezidenti, həmçinin mətbuat konfransı keçirəcək.



Әlaqәli Xәbәrlәr