R.T.Ərdoğan Türkiyə Cümhuriyyəti Bayramı münasibətilə təbrik etdi

29 Oktyabr Türkiyə Cümhuriyyət (Respublika) Bayramı münasibətilə videolu təbrik mesajında R.T.Ərdoğan deyib...

1726448
R.T.Ərdoğan Türkiyə Cümhuriyyəti Bayramı münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Millət tərəfindən ən böyük zəmanətimiz olan birliyimizə, bərabərliyimizə və qardaşlığımıza sıx sarılaraq böyük və güclü Türkiyə iddiamızı həyata keçirmənin mübarizəsini verəcəyik" deyə vurğulayıb.

  29 Oktyabr Türkiyə Cümhuriyyət (Respublika) Bayramı münasibətilə videolu təbrik mesajında R.T.Ərdoğan deyib: "Ölkə içi və xaricində yaşayan vətəndaşlarımızla şanlı tariximizin qızıl halqalarından biri olan bu qürur günümüzü bizimlə paylaşan bütün dostlarımızın 29 Oktyabr Cümhuriyyət Bayramını təbrik edirəm.

  Canları bahasına bu vətəni bizə əmanət edən əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Eyni müqəddəs iddia uğrunda mübarizə apararkən, qazilik dərəcəsiylə şərəflənən qazilərimizə öz, ölkəm və millətim adından təşəkkür edirəm. Elanının 98-ci ildönümündə Türkiyə respublikasının banisi Qazi Mustafa Kamal Atatürk və qəhrəman silah yoldaşlarını minnətlə xatırlayırıq.

  Cümhuriyyətimizin 100-cü yaşı (2023) artıq üfüqdə yaxşıca görünürkən, heç bir güc, heç bir çirkli ssenari, Türkiyəni tükətməyi məqsəd qoyan heç bir hiyləgər hücumun bizi yolumuzdan saxlamasına imkan verməyəcəyik. Ən böyük zəmanətimiz olan birliyimizə, bərabərliyimizə və qardaşlığımıza sıx sarılaraq böyük və güclü Türkiyə iddiamızı həyata keçirmənin mübarizəsini verəcəyik. İcra etdiyimiz bu müqəddəs mübarizədə milli mübarizəni zəfərə daşıyan, respublikamıza həyat verən poladdan iradə son 98 ildə olduğu kimi, bu gün də rəhbərimiz olmağı davam etdirəcək."



Әlaqәli Xәbәrlәr