M.Çavuşoğlu: “Rusiya və ABŞ terror mövzusunda verdikləri sözlərə əməl etmədilər”

Rusiya və ABŞ terroristləri bölgədən çıxaracaqlarına dair verdikləri sözləri yerinə yetirmədilər. Daha Türkiyə lazımlı addımları atmalıdır. Bunu xarici işlər naziri Çavuşoğlu deyib.

1726268
M.Çavuşoğlu: “Rusiya və ABŞ terror mövzusunda verdikləri sözlərə əməl etmədilər”

Türkiyənin Xarici işlər naziri M.Çavuşoğlu bir televiziya kanalına müsahibəsində gündəmə dair ünvanlanan sualları cavablandırıb.

Çavuşoğlu, separatçı terror təşkilatı YPG/PKK-nın hücumlarına görə Türkiyənin Suriyada əməliyyat ehtimalının olub olmadığı, Rusiya və ABŞ ilə Suriya mövzusuna dair danışıqlar ilə əlaqəli ünvanlanan sualları cavablandırıb. Nazir: “Biz ABŞ-la, Suriya məsələsində razılığa gələn ölkələrlə və ya Suriyaya beynəlxalq dəstək qrupu ilə yığıncaq keçirmək mövzusunu danışdıq və Bununla əlaqəli işlər apardığımızı ifadə etdik. Bu formatlarda tez-tez görüşlər keçirdik. Daha sonra Astana formatı gündəmə daxil edildi. Hazırda belə bir görüşə ehtiyac var. Biz İranla yanaşı ruslara dedik ki, məsələnin hərbi yollarla həlli mümkün deyil. Bunu Suriya rejiminə şərh etmələrini istədik. Dəməşqdə törədilən terror aktı və rejimin İdlibə hücumları, ölkədəki konstitusiya danışıqlarına mənfi təsir edir. Yeganə həll yolunun, müxalifət və rejimin bir araya gələrək Suriyanın gələcəyi ilə bağlı razılığa gəlmələri olduğu idrak edilməlidir. Hərbi həll yoluna üstünlük verən Suriyadakı rejim bu səhv yoldan geri addım atmağa qane edilməlidir. Siyasi prosesə dəsdək verilməlidir. Türkiyə, Suriyanın ərazi bütövlüyünü dəstəklədiyir. Terror təşkilatı PKK hamımız üçün təhlükədir. Onlar üçün də, bizim üçün də təhdiddir. Son zamanlar YPG/PKK-nın hücumları artıb. Təəssüf ki, Rusiya və ABŞ onları bölgədən çıxaracaqlarına dair verdikləri sözləri yerinə yetirmədilər. Bu vəziyyətdə biz lazımlı addımları atmaq məcburiyyətindəyik. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə bu məsələləri gündəmə daxil etdi. ABŞ prezidenti Co Baydenlə keçirəcəyi gözlənilən görüşdə həmin mövzuları müzakirə edəcəkdir. Türk silahlı qüvvəlirinin həyata keçirdiyi “Sülh Bulağı” əməliyyatından sonra ABŞ, Rusiya və Türkiyə razılaşma imzaladı. Həmin razılaşmaya əsasən ABŞ və Rusiya əsgərləri olan ərazilərdəki PKK terrorçularını 30 kilometr uzağa çıxaracaqlardı. Lakin bu sözlər yerinə yetirilmədi. Bunlar belədir. Türkiyə verdiyi hər sözə əməl edir. İmzaladığı müqavilənin əsaslarına sadiq qalır. Rusiya və ABŞ Türkiyənin əksinə rəftar sərgiləyərək vədlərini yerinə yetirmirlər. Əksinə ABŞ onları dəstəkləməyə davam edir. İclasda bunları danışacayıq. Prezidentimiz əməliyyatla bağlı lazımlı açıqlamaları verib. “Bir gecə qəfildən” əməlayyat başlaya bilər”- deyə Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr