Türkiyə İraqın Diyala vilayətindəki hücumu qınayıb

Türkiyə İraqın Diyala vilayətindəki kəndlərdən birinə terror təşkilatı DEAŞ tərəfindən edilən hücumu qınayıb.

1725732
Türkiyə İraqın Diyala vilayətindəki hücumu qınayıb

Türkiyə İraqın Diyala vilayətindəki kəndlərdən birinə terror təşkilatı DEAŞ tərəfindən edilən hücumu qınayıb.

Xarici İşlər Nazirliyinin mövzuyla bağlı bəyanatında oktyabrın 26-da axşam radələrində DEAŞ terrorçularının Diyala vilayətində həyata keçirdiyi hücumda çox sayda insanın həyatını itirdiyi və yaralandığının böyük kədərlə öyrənildiyi bildirilib.

Bəyanatda "Bu mənfur terror aktını şiddətlə qınayır, hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyir, dost və qardaş İraq xalqına və hökumətinə başsağlığı veririk” ifadəsindən istifadə edilmişdir.

Qeyd edək ki, DEAŞ-ın Diyalada bir kəndə hücumu nəticəsində biri qadın olmaqla 11 nəfər həlak olub.



Әlaqәli Xәbәrlәr