İraq və Suriyaya hərbi qüvvə göndərilməsi ilə bağlı qərar TBMM-də qəbul edilib

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

1725365
İraq və Suriyaya hərbi qüvvə göndərilməsi ilə bağlı qərar TBMM-də qəbul edilib

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

Türkiyə Silahlı Qüvvələrinin lazım gəldikdə sərhəddən kənarda əməliyyat keçirmək üçün İraq və Suriyaya göndərilməsi mövzusunda prezidentə verilən səlahiyyətin 2 il müddətinə uzadılması ilə bağlı sənəd TBMM-də müzakirə edilib.

İclasda Türkiyənin İraq və Suriyaya hərbi qüvvə göndərilməsi bağlı qərar sənədi Türkiyə Böyük Millət Məclisində qəbul edilib.
Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İyi Partiya nümayəndələri qanun layihəsinin lehinə, Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratiya Partiyasının (HDP) nümayəndələri isə əleyhinə çıxış ediblər.

Sənəd səs çoxluğu ilə qəbul edilib.



Әlaqәli Xәbәrlәr