Mövlud Çavuşoğlu Avstriyanın yeni xarici işlər nazirini təbrik edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Avstriyanın xarici işlər naziri Mixael Linhartı təbrik edib.

1724425
Mövlud Çavuşoğlu Avstriyanın yeni xarici işlər nazirini təbrik edib

Xarici İşlər Nazirliyindən yayılan məlumata görə, Çavuşoğlu ilə Linhart arasında telefon danışığı olub. Çavuşoğlu Linhartı ölkənin yeni xarici işlər naziri təyin edilməsi münasibəti ilə təbrik edib.

Xatırladaq ki, Avstriyada keçmiş baş nazir Sebastyan Kurz, əleyhinə başladılmış korrupsiya istintaqı səbəbilə oktyabrın 9-da istefa verib. Oktyabrın 11-də isə ölkədə keçirilən mərasimdə keçmiş xarici işlər naziri Aleksandr Şallenberq Avstriyanın yeni baş naziri kimi and içib, beləcə Şallenberqin yerinə türk əsilli təcrübəli diplomat Linhart təyin edilib.



Әlaqәli Xәbәrlәr