"Eren-7" əməliyyatında bir əsgər şəhid olub

Tunceli şəhərində davam edən "Eren-7" əməliyyatında bir əsgər şəhid olub.

1723146
"Eren-7" əməliyyatında bir əsgər şəhid olub

Tunceli şəhərində davam edən "Eren-7" əməliyyatında bir əsgər şəhid olub.

Daxili İşlər Nazirliyinin açıqlamasında Tunceli şəhərində həyata keçirilən əməliyyatda ağır yaralanan bir əsgərin bütün müdaxilələrə baxmayaraq xəstəxanada xilas edilə bilmədiyi bildirilib.

Açıqlamada "Şəhidimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına başsağlığı diləyirik. Millətimizə başsağlığı veririk" deyilib.

Qarşıdurmada əsgəri şəhid edən terrorçunun Terrordan Axtarılanlar siyahısında boz kateqoriyada olan “Kurtay Şerzan” kod adlı Xeyrəddin Günəş olduğu və onunla birlikdə daha bir terrorçunun da ələ keçirildiyi bildirilib.

Daxili işlər naziri Süleyman Soylu sosial media hesabından etdiyi paylaşımda Tuncelidə davam edən və 2 terrorçunun zərərsizləşdirildiyi "Eren-7" əməliyyatında ağır yaralanan əsgərin şəhid olduğunu bildirərək, şəhidə Allahdan rəhmət diləyib, ailəsinə başsağlığı verib.



Әlaqәli Xәbәrlәr