Türkiyə üçtərəfli görüşə reaksiya verib

Türkiyə Yunanıstan, Kıbrıs Rum İdarəsi və Misir arasında keçirilən Liderlər Zirvəsindən sonra "həm Türkiyənin, həm də Kıbrıs Türklərinin Şərqi Aralıq dənizindəki hüquqlarının qətiyyətlə qorunmağa davam edəcəyini" bildirdi.

1722242
Türkiyə üçtərəfli görüşə reaksiya verib

Türkiyə Yunanıstan, Kıbrıs Rum İdarəsi və Misir arasında keçirilən Liderlər Zirvəsindən sonra "həm Türkiyənin, həm də Kıbrıs Türklərinin Şərqi Aralıq dənizindəki hüquqlarının qətiyyətlə qorunmağa davam edəcəyini" bildirdi.

Xarici İşlər Nazirliyinin mövzuya dair açıqlamasında  Yunanıstan, Misir və Kıbrıs Rum İdarəsi liderlərinin iştirakı ilə oktyabrın 19-da keçirilən üçtərəfli zirvə toplantısından sonra yayılan bəyanatın Yunanıstan-Rum ikilisinin Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) yönəlmiş düşməncə siyasətlərinin yeni bir təzahürü olduğu bildirilib. Bu bəyanata misirin də daxil olmasının isə rəsmi Qahirənin Şərqi Aralıq dənizində əməkdaşlıq edə biləcəyi əsl ünvanı hələ başa düşmədiyinin göstəricisi olduğu qeyd edilib.

"Şərqi Aralıq dənizində Türkiyə və KKTC-nin daxil olmadığı heç bir təşəbbüsün uğurlu olmayacağını dosta da düşmənə də göstərdik" ifadəsinin yer aldığı açıqlamada Türkiyənin bölgə ölkələri arasında əməkdaşlığı artıracaq enerji layihələrini dəstəklədiyi, lakin bu layihələrin Türkiyənin və Kıbrıslı Türklərin hüquq və mənafelərini göz ardı etməməsi və əhatəli olmasının vacibliyi ifadə edilib.

Açıqlamada bəyannamədəki ifadələrin əksinə olaraq, bölgədəki əsas gərginliyin qaynağının Yunanıstan-Rum ikilisinin maksimalist və qanunsuz dəniz sərhəd iddiaları və Kıbrıs Türklərini yox saydığı vurğulanıb. məhəl qoymadığı vurğulandı. Açıqlamada ayrıca, bu ikilinin Şərqi Aralıq dənizində gərginliyi artırmaq üçün Türkiyənin qitə şelfini pozmaq cəhdlərinə lazımi cavab verildiyi və həm Türkiyənin, həm də Kıbrıs Türklərinin hüquqlarının qətiyyətlə qorunmağa davam edəcəyi bildirilib.

Açıqlamadabunlar qeyd edilib:

"Adadakı həqiqətləri rədd edən bir anlayışın Kıbrıs məsələsinin həllinə kömək edə bilməsi qeyri-mümkündür. Bir daha xatırlatmaq istərdik ki, Kıbrıs Türklərinin suveren bərabərliyi və bərabər beynəlxalq statusu olmadan yeni bir danışıq prosesi mümkün olmayacaq.

Bundan əlavə, bəzi qeyri-qanuni qruplara dəstəyi ilə Liviyada sabitliyin pozulmasına səbəb olan bu ölkələrin Liviyanın qanuni hökuməti ilə imzaladığımız anlaşma memorandumunu hədəf alması Liviyanın maraqlarına və suverenliyinə hörmətsizlikdir".



Әlaqәli Xәbәrlәr