Yunanıstan tərəfindən Türkiyə sularına qovulan 50 miqrant xilas edilib

İzmir və Aydın sahillərində Yunanıstan Sahil Mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına qovulan 50 qanunsuz miqrant xilas edilib.

1721421

Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alan məlumata görə, İzmirin vilayətinin Menderes qəsəbəsi sahillərində qayıqda bir qrup qanunsuz miqrant olduğu barədə məlumat alındıqdan sonra bölgəyə Sahil Mühafizəsi qayığı göndərilib.

Yunanıstan Sahil Mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına geri atılan qayıqdakı 22 qanunsuz miqrant xilas edilib.

Sahil Təhlükəsizlik qrupları ayrıca Aydının vilayətinin Kuşadası qəsəbəsində rezin qayıqda Türkiyənin ərazi sularına qovulan 28 qanunsuz miqrantı quruya çıxarıb.

Miqrantlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Әlaqәli Xәbәrlәr