Türkiyə Nigeriyadakı terror hücumunu qınayıb

Türkiyə Nigeriyanın Sokoto əyalətindəki bazara silahlı hücumu sərt dillə qınayıb.

1721698
Türkiyə Nigeriyadakı terror hücumunu qınayıb

Türkiyə Nigeriyanın Sokoto əyalətindəki bazara silahlı hücumu sərt dillə qınayıb.

Xarici İşlər Nazirliyinin açıqlamasında Nigeriyanın Sokoto əyalətinin Qoronyo bölgəsində 18 oktyabr 2021-ci ildə insanların sıx olduğu bazarlardan birində baş verən terror aktı nəticəsində ən az 43 adamın həyatını itirdiyi və bir çoxunun yaralandığının dərin kədərlə öyrənildiyi bildirilib.

Açıqlamada "Bu mənfur terror aktını şiddətlə qınayır, həyatını itirənlərin ailələrinə, dost və qardaş Nigeriya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik" ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr