Azərbaycan və Gürcüstan nümayəndə heyətləri TBMM-də olublar

Türkiyə, Azərbaycan və Gürcüstan Xarici əlaqələr komitələrinin iclasında heyətləri arasında görüşlər keçirilib.

1721750
Azərbaycan və Gürcüstan nümayəndə heyətləri TBMM-də olublar

Türkiyə, Azərbaycan və Gürcüstan Xarici əlaqələr komitələrinin iclasında heyətləri arasında görüşlər keçirilib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıçın ev sahibliyi ilə paytaxt Ankarada TBMM-də keçirilən görüşlərdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Milli Məclisinin Xarici Əlaqələr və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsi Nikoloz Samxaradze təmsil edib.

Görüşdən əvvəl qısa açılış nitqi ilə çıxışlar olub.

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Kılıç, Azərbaycan və Gürcüstan nümayəndə heyətlərini Parlamentdə qəbul etməkdən məmnun olduğunu söyləyib.

Səməd Seyidov da üç ölkənin münasibətlərini yaxşılaşdırmaq üçün çalışacaqlarını dilə gətirib.
N. Samxaradze də üçtərəfli görüşlərin gündəmdəki məsələləri müzakirə etmək üçün əhəmiyyətli bir platforma olduğunu və əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr