Türkiyə Əfqanıstanda məscidə təşkil edilən hücumu lənətləyib

Türkiyə Əfqanıstanın Qəndəhar əyalətində bir məscidə cümə namazı zamanı təşkil edilən terror aktını qınayıb.

1720233
Türkiyə Əfqanıstanda məscidə təşkil edilən hücumu lənətləyib

Xarici İşlər Nazirliyindən yayılan açıqlamada: “Bu gün (15 oktyabr) Əfqanıstanın Qəndəhar əyalətində cümə namazı zamanı məscidə təşkil edilən hücum nəticəsində çox sayda insanın həyatını itirdiyi və yaralandığı xəbərini böyük kədər hissi ilə qarşıladıq.  Son dövrdə Əfqanıstanda məscidləri hədəfə götürən bu qeyri -insani və alçaq terror hücumlarını şiddətlə qınayır, həyatını itirənlərin ailələrinə, dost və qardaş əfqan xalqına başsağlığı veririk. Yaralılara təcili şəfa diləyik

Xatırladaq ki, bu gün cümə namazı zamanı Taliban qüvvələrinin qalası olaraq bilinən cənubi Qəndəhar əyalətində  şiə camaatına  məxsus olan Fatimiyyə məscidinə iki kamikadze tərəfindən təşkil edilən hücum nəticəsində 30 nəfər ölüb, 200 -dən çox adam yaralanıb.



Әlaqәli Xәbәrlәr