Hulusi Akar: "Terrora qarşı lazım olan yeri və zamanı gəldikdə yerinə yetiriləcək"

Milli müdafiə naziri Hulusi Akar son vaxtlar Suriyanın şimalında PKK/YPG terror təşkilatı tərəfindən Türkiyəyə edilən hücumlara münasibət bildirib.

1719552
Hulusi Akar: "Terrora qarşı lazım olan yeri və zamanı gəldikdə yerinə yetiriləcək"

“Haqq və mənafeyimiz üçün nə lazımdırsa, bu günə qədər Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında edildiyi kimi, yeri və zamanı gəldikdə eyni şəkildə ediləcək. Heç kəsin bundan şübhəsi olmasın".

Bunu milli müdafiə naziri Hulusi Akar son vaxtlar Suriyanın şimalında PKK/YPG terror təşkilatı tərəfindən Türkiyəyə edilən hücumlara münasibət bildirərkən deyib.

H. Akar müşayiətində Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, hərbi qüvvələrin komandanları və Milli Müdafiə Universitetinin idari kadrı ilə gündəmi dəyərləndirib. 

"Nəcib millətimizin hüquqlarını və qanununun hər bir hissəsini qorumaq bizim borcumuzdur" deyən H. Akar bununla əlaqədar nə etmək lazımdırsa indiyə qədər etdiklərini və bundan sonra da edəcəklərini vurğulayıb.

Hulusi Akar son vaxtlar Suriyanın şimalında PKK/YPG terror təşkilatı tərəfindən Türkiyəyə edilən hücumlara münasibət bildirərkən, bölgədə heç bir şəkildə bir terror dəhlizi yaradılmasına icazə verməyəcəklərini ifadə edib.

H. Akar Şərqi Aralıq dənizində seysmik tədqiqat gəmilərinin fəaliyyəti ilə bağlı Türkiyənin elan etdiyi NAVTEX-ə (dənizçilərə xəbərdarlıq) işarə edərək deyib:

"Dəniz yurisdiksiyası sahələrimizə, hüquqlarımıza və maraqlarımıza digər məsələlərdə güzəştə getməyimiz mümkün deyil. Dəniz Qüvvələrimiz dəniz yurisdiksiyamızı qorumaq üçün daim fəaliyyət göstərir".

Nazir Akar və müşayiətindəki komandirlər Çox Millətli Birgə Döyüş Mərkəzi Komandirliyində bir müddət "Avrasiya Sülhü 2021 Təlimi"ni izləyib.



Әlaqәli Xәbәrlәr