Yunanıstan tərəfindən Türkiyə sularına qovulan miqrantlar xilas edilib

Muğla vilayətinin Bodrum qəsəbəsi sahillərində Yunanistan Sahil Mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına itələnən 71 miqrant xilas edilib.

1718681

Bodrum sahillərində dörd ayrı yerdə rezin qayıqda qaçqınların olduğuna dair məlumat əldə edən Sahil Mühafizə qrupları qısa müddətdə bölgədə olublar.

Yunanistan Sahil Mühafizəsi tərəfindən Türkiyənin sularına qovulan 4 ayrı rezin qayıqdakı 71 miqrant xilas edilib.

Çanaqqala vilayətinin Ayvacık qəsəbəsində də Yunanıstan Sahil Mühafizə qrupları tərəfindən Türkiyənin ərazi sularına itələnən 14 qanunsuz qaçqın xilas edilib. 

Dünən də Marmaris qəsəbəsi sahillərində Yunanistan Sahil Mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına itələnən 24 miqrant xilas edilmişdi.

Miqrantlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Әlaqәli Xәbәrlәr