Türkiyə "Şərqi Aralıq dənizi Konfransı"nın keçirilməsinə bir daha çağırıb

Xarici işlər nazirinin müavini Yavuz Selim Kıran onlayn olaraq keçirilən 2021 Avropa və Təhlükəsizlik İşbirliyi Təşkilatının (ATƏT) Aralıq dənizi Konfransında iştirak edib.

1718698
Türkiyə "Şərqi Aralıq dənizi Konfransı"nın keçirilməsinə bir daha çağırıb

"Şərqi Aralıq dənizi Konfransı"nın keçirilməsi regional əməkdaşlıq üçün vacib addım olacaq".

Bunu xarici işlər nazirinin müavini Yavuz Selim Kıran onlayn olaraq keçirilən 2021 Avropa və Təhlükəsizlik İşbirliyi Təşkilatının (ATƏT) Aralıq dənizi Konfransında deyib.

S. Kıran Polşanın ev sahibliyi etdiyi toplantıda Şərqi Aralıq dənizində güvənin, təhlükəsizliyin və sabitliyin bərpası üçün dialoqun, şəffaflığın və proqnozlaşdırmanın lazım olduğunu, problemləri dialoq və beynəlxalq hüquq yolu ilə həll etmək istədiklərini söyləyib.

Kıbrıs məsələsinə toxunan Kıran adanın ortağı olan Kıbrıslı Türklərin hüquqlarının sülh və sabitlik üçün bir daha təsdiq edilməli olduğunu vurğulayıb.

Xarici işlər nazirinin müavini Yavuz Selim Kıran "Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi "Şərqi Aralıq dənizi Konfransı"nın reallaşması regional əməkdaşlıq üçün əhəmiyyətli bir addım olacaq. Bütün tərəflərin bu təklifi dəstəkləmələrini gözləyirik" deyib.



Әlaqәli Xәbәrlәr