Süleyman Soylu Aİ Komissiyasının daxili işlər üzrə üzvü ilə görüşüb

Daxili işlər naziri Süleyman Soylu Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə üzvü Ylva Consın və onu müşayiət edən heyətlə görüşüb.

1718691
Süleyman Soylu Aİ Komissiyasının daxili işlər üzrə üzvü ilə görüşüb

Daxili işlər naziri Süleyman Soylu Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə üzvü Ylva Consın və onu müşayiət edən heyətlə görüşüb.

Paytaxt Ankarada Təhlükəsizlik və Fövqəladə Koordinasiya Mərkəzində (GAMER) keçirilən görüşlə bağlı "Twitter" hesabından paylaşım edən nazir Soylu ilk dəfə olaraq keçirilən Türkiyə-Aİ Miqrasiya və Təhlükəsizlik Yüksək Səviyyəli Toplantısında terror və təhlükəsizlik, miqrasiya idarəçiliyi, narkotik və insan alveri ilə mübarizə qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə ilə aktual mövzularda faydalı və konstruktiv məsləhətləşmələr apardıqlarını ifadə edib.

S. Soylu paylaşımında "Apardığımız müzakirələrdə qlobal və regional problemlərə səmimi yanaşdıqları üçün onlara təşəkkür edirəm və ümid edirəm ki, bundan sonrakı prosesdə koordinasiya və əməkdaşlığımız daha da güclənəcək" ifadəsini işlədib.

Görüşdə daxili işlər nazirinin müavinləri Muhterem İnce və İsmail Çataklı, xarici işlər nazirinin müavini Faruk Kaymakcı, polis rəisi Mehmet Aktaş, sahil mühafizə komandirinin müavini kontr-admiral Cingiz Fitoz, Fövqəladə Halların İdarə olunması Agentliyinin ( (AFAD) rəhbəri Yunus Sezer, Miqrasiya İdarəsinin baş direktoru Savaş Ünlü, Aİ Türkiyə Nümayəndə Heyətinin rəhbəri Nikolaus Meyer-Landrut da iştirak ediblər.



Әlaqәli Xәbәrlәr