Türkiyə sularına itələnən 75 qanunsuz miqrant xilas edilib

Miqrantlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

1718086
Türkiyə sularına itələnən 75 qanunsuz miqrant xilas edilib

Muğla vilayətinin Marmaris qəsəbəsi sahillərində Yunanistan Sahil Mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına itələnən 75 miqrant xilas edilib.

Marmaris sahillərində rezin qayıqda qaçqınların olduğuna dair məlumat əldə edən Sahil Mühafizə qrupları qısa müddətdə bölgədə olublar.

Yunanistan Sahil Mühafizəsi tərəfindən Türkiyənin sularına itələndiyi və aralarında qadın və uşaqların da olduğu 75 miqrant xilas edilib.

Miqrantlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.



Әlaqәli Xәbәrlәr