Mövlud Çavuşoğlu və Dmitri Kuleba Qara dənizdəki təhlükəsizliyi müzakirə ediblər

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya səfəri çərçivəsində bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Dmitri Kuleba ilə görüş keçirib.

1716526
Mövlud Çavuşoğlu və Dmitri Kuleba Qara dənizdəki təhlükəsizliyi müzakirə ediblər

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya səfəri çərçivəsində bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Dmitri Kuleba ilə görüş keçirib. 

İki həmkarın təkbətək görüşündən sonra heyətlər arasında görüş baş tututb.

Görüşlərdən sonra birgə mətbuat konfransında Qara dənizdəki təhlükəsizliyin müzakirə edildiyi bildirilib. 

Tərəflər təhlükəsizliyi təmin etmək naminə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Mövlud Çavuşoğlu öz növbəsində həmçinin Fransa Prezidenti Emmanuel Makronun Türkiyəni Əlcəzairlə bağlı ittiham etməsi ilə əlaqədar olaraq, "Tarixində müstəmləkəçilik kimi qara ləkəsi olmayan Türkiyənin bu mübahisələrə cəlb edilməsi son dərəcə səhvdir" deyib.

"Son vaxtlar Fransanın öz müstəmləkəçilik tarixi ilə barışmağa çalışdığını görürük və bunu alqışladığımızı bildirmişik" deyə Çavuşoğlu bildirib.

Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın Makronla həmfikir olduğunu və fransalı həmkarı ilə mətbuat vasitəsi ilə deyil, birbaşa görüş keçirməsinin vacibliyini vurğulayıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kubela isə "Qara dənizdəki təhlükəsizlik bugünkü danışıqlarımızın əsas mövzularından biri idi. Qərara gəldik ki, Qara dənizdəki təhlükəsizlik və maraqlar balansı təmin edilməlidir. Regionda kiminsə təcavüzkar hərəkətlərinə yer olmamalıdır”, deyib.



Әlaqәli Xәbәrlәr