Türkiyə Pakistana başsağlığı verib

Türkiyə Pakistanın Bəlucistan bölgəsində baş verən zəlzələdə həyatını itirənlərlə əlaqədar başsağlığı verib.

1716203
Türkiyə Pakistana başsağlığı verib

Türkiyə Pakistanın Bəlucistan bölgəsində baş verən zəlzələdə həyatını itirənlərlə əlaqədar başsağlığı verib.

Xarici İşlər Nazirliyinin açıqlamasında "Pakistanın cənubundakı Bəlucistan bölgəsində baş verən 5,9 bal gücündə zəlzələdə öllənlər olduğu, çoxlu yaralanmalar və evlərdə fəsadların olması dərin kədərlə öyrənildi" ifadəsindən istifadə edilmişdir.

Açıqlamada Türkiyənin dəstək verməyə hazır olduğu vurğulanaraq "Başda zəlzələdə həyatını itirənlərin ailələri olmaqla, dost Pakistan hökumətinə və qardaş Pakistan millətinə başsağlığı diləklərimizi təqdim edir, yaralıların tezliklə sağalmasını diləyirik və Türkiyənin hər zaman olduğu kimi yardım üçün hazır olduğunu bəyan edirik" deyilib. 

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələdə 6-sı uşaq olmaqla 20 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr