Mövlud Çavuşoğlu Polşada həmkarı ilə görüşüb

M. Çavuşoğlu "Aralıq dənizinin şərqindəki gərginliyin səbəbi Cənubi Kıbrıs (Kipr) Rum İdarəsinin maksimalist yanaşmalarıdır" deyib.

1714629
Mövlud Çavuşoğlu Polşada həmkarı ilə görüşüb

"Aralıq dənizinin şərqindəki gərginliyin səbəbi Cənubi Kıbrıs (Kipr) Rum İdarəsinin maksimalist yanaşmalarıdır".

Bunu Polşanın paytaxtı Varşavada səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin xarici işlər naziri Zbigniev Rau ilə təşkil etdiyi birgə mətbuat konfransında deyib.

Çavuşoğlu çıxışında Türkiyənin hər zaman diplomatiyanı dəstəklədiyini ifadə edərək bildirib ki, hər zaman diplomatiyaya üstünlük veririk. Daha əvvəl Şərqi Aralıq dənizində yaşadığımız gərginliyin səbəbi Kıbrıs Rum tərəfinin maksimalist yanaşmasıdır. Sevilya xəritəsi vasitəsilə Türkiyəni kiçik bir ərazidə həbs etmək cəhdidir. Bunun belə ola bilməyəcəyini sahədə göstərdik.

Çavuşoğlu Kıbrıs Türklərinin hüquqlarını hər zaman müdafiə edəcəklərini vurğulayıb:

"Kıbrıslı Türklər nə təklif edir? Ədalətli paylaşım deyir. Nə deyirik? Bütün Aralıq dənizi ölkələri bir araya gəlsin. Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına (Aİ) Aralıq dənizi Konfransı təklif etdi. Aİ-dən hələ heç bir cavab alınmayıb. Son vaxtlar Yunanıstan və Rum tərəfindən təxribat xarakterli hərəkətlər oldu. Onlar bizim kontinental şelfimizə girməyə çalışırlar. Əsgərlərimiz haqlı olaraq əvvəlcə xəbərdarlıq edir və sonra lazım olanı yerinə yetirir".



Әlaqәli Xәbәrlәr