Türkiyə Yunanıstana reaksiya verib

Türkiyə Yunanıstan müdafiə nazirinin Fransa ilə müdafiə müqaviləsinin dəniz yurisdiksiyası sahələrini də əhatə etdiyinə dair açıqlamasına reaksiya verdi.

1713122
Türkiyə Yunanıstana reaksiya verib

Türkiyə Yunanıstan müdafiə nazirinin Fransa ilə müdafiə müqaviləsinin dəniz yurisdiksiyası sahələrini də əhatə etdiyinə dair açıqlamasına reaksiya verdi.

Xarici İşlər Nazirliyinin sözçüsü səfir Tanju Bilgiç yazılı açıqlamasında Yunanıstanın "maksimum dənizçilik yurisdiksiyası və hava məkanı" iddialarının beynəlxalq hüquqa zidd olduğunu ifadə edib.

T. Bilgiç açıqlamasında bunları deyib:

"Yunanıstanın beynəlxalq ictimaiyyət tərəfindən də sorğu-sual edilən bu iddialarını NATO-ya zərər verəcək şəkildə Türkiyə əleyhinə ikitərəfli hərbi ittifaqlar quraraq bizə qəbul edirə biləcəyini düşünməsi boş bir xəyaldır. Belə boş cəhdlər Egey, Aralıq dənizində həm öz haqlarımızı, həm də Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin haqlarını qorumaq mövzusundakı qətiyyətli mövqeyimizi daha da gücləndirəcəkdir"

T. Bilgiç Yunanıstanın əməkdaşlıq əvəzinə silahlanma, Türkiyəni təcrid və yadlaşma siyasətinin özünə və üzv olduğu Aİ-yə zərər verəcəyi, regional sülh və sabitliyi təhdid edən problemli bir siyasət olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr