Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Putin ilə məhsuldar görüş keçirdik"

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə Soçidə məhsuldar görüş keçirdiyini bildirib.

1712417
Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Putin ilə məhsuldar görüş keçirdik"
erdogan ucak.jpg
erdogan-putin.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə Soçidə məhsuldar görüş keçirdiyini bildirib. 

Ərdoğan və Putin Soçidə Prezidentin Rəsmi iqamətgahında görüşüblər.

Mətbuata qapalı keçirilən görüş 2 saat 45 dəqiqə davam edib.

Görüşlə bağlı sosial media "Twitter" hesabında paylaşım edən Ərdoğan "Həmkarım Putinlə məhsuldar bir görüş keçirdik və Soçidən ayrıldıq"... ifadəsindən istifadə edib.

Ərdoğanın paylaşımında Putinlə birlikdə çəkdirdiyi şəkil də yer alıb.

Putin də görüşdən sonra Ərdoğana səfərinə görə təşəkkür edib.

"Görüş çox faydalı və əhatəli oldu. Əlaqə saxlayacağıq" deyib.

Prezident Ərdoğan Türkiyə vaxtı ilə saat 17.00 -da Rusiyanın Soçi şəhərindən ayrılıb.



Әlaqәli Xәbәrlәr