Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar İlham Əliyevə zəng edib

Prezident Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

1711224
Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar İlham Əliyevə zəng edib

Prezident Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dövlət başçısı Vətən müharibəsində həlak olmuş şəhidlərilə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun şanlı Qələbəsi ilə bağlı təbriklərini də çatdırıb.

Prezident İlham Əliyev dövlət başçısı Ərdoğana minnətdarlığını bildirib və Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi bir daha yüksək qiymətləndirib.

Dövlət başçıları Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.



Әlaqәli Xәbәrlәr