Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib

Xarici İşlər Nazirliyi Rusiyanın Xabarovsk vilayətində qəzaya uğrayan təyyarədə 6 ekipaj üzvünün ölümü ilə əlaqədar başsağlığı verib.

1709878
Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib

Xarici İşlər Nazirliyi Rusiyanın Xabarovsk vilayətində qəzaya uğrayan təyyarədə 6 ekipaj üzvünün ölümü ilə əlaqədar başsağlığı verib.
Xarici İşlər Nazirliyinin açıqlamasında  Xabarovsk vilayətində qəzaya uğrayan təyyarədə 6 ekipaj üzvünün həyatını itirdiyinin kədərlə öyrənildiyi ifadə edilib.

"Dost Rusiya Federasiyası xalqının kədərini bölüşür, bu faciəli qəzada həyatını itirənlərin ailələrinə və Rusiya Federasiyası hökumətinə başsağlığı veririk", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan “An-26” hərbi yük təyyarəsinin ekipaj üzvlərinin hamısı ölüb.

Bu barədə Rusiyanın fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

Bildirilib ki, təyyarənin göyərtəsində 6 heyət üzvü olub.

Xatırladaq ki, sentyabrın 22-də texniki uçuş edən “An-26”b radarlardan itib. Sentyabrın 23-də təyyarənin düşdüyü yerdə axtarış aparılıb. Əməliyyat nəticəsində ekipaj üzvlərinin meyitləri tapılıb.



Әlaqәli Xәbәrlәr