Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ikitərəfli görüşlərini davam etdirir

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 76-cı Baş Assambleyasına qatılmaq üçün getdiyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində ikitərəfli görüşlər keçirir.

1708607
Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ikitərəfli görüşlərini davam etdirir
erdogan-new york times heyeti.jpg
boris johnson-erdogan.jpg
volkan bozkir-erdogan.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 76-cı Baş Assambleyasına qatılmaq üçün getdiyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində ikitərəfli görüşlər keçirir.

Ərdoğan BMT 75 -ci Baş Assambleyasının sədri Volkan Bozkır və İngiltərə Baş naziri Boris Consonu ayrı-ayrılıqda qəbul edib.

Sentyabrın 20-də Nyu-Yorkda yeni açılan Türkevi binasında hər iki qəbul mətbuata qapalı baş tutub. 

Prezident Ərdoğan "New York Times" heyətini də Türkevində qəbul edib.

Qəbulda Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin sözçüsü İbrahim Kalın, Anadolu Agentliyinin sədri və baş direktoru Serdar Karagöz də iştirak ediblər.

Prezident Ərdoğan Xorvatiya Prezidenti Zoran Milanoviçlə də görüşüb.

Yeni Türkevinddə mətbuata qapalı keçirilən görüş təxminən 30 dəqiqə davam edib.

Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Hulusi Akar və ticarət naziri Mehmet Muş da iştirak ediblər.

Daha sonra Ərdoğan Sloveniya Prezidenti Borut Pahorla da görüşüb.



Әlaqәli Xәbәrlәr